Əlçatanlıq Parametrləri

Şrift ölçüsü: 100%

Cəlilabadda "Qüvvət elmdədir" adlı intellektual yarış keçirilib

Cəlilabadda "Qüvvət elmdədir" adlı intellektual yarış keçirilib

Noyabrın 29-da Cəlilabad rayonunda Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə "Qüvvət elmdədir" adlı layihə çərçivəsində məktəblilər arasında intellektual yarış keçirilib. Cəlilabadda fəaliyyət göstərən məktəblərin yuxarı sinif şagirdlərindən ibarət 10 komandanın iştirak etdiyi yarışda dəyərlərimiz, ümumi dünyagörüşü, Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti və s. mövzular üzrə suallar səsləndirilib.

Yarışda qalib gələn Cəlilabad şəhər 8 saylı Texniki və Humanitar fənlər təmayüllü məktəb-liseyin "Boz qurd" komandasının üzvləri Bakı şəhərində keçiriləcək final mərhələsində iştirak hüququ qazanıb. Onlar diplomlarla təltif edilib. Yarışda iştirak edən digər komandalara isə sertifikatlar təqdim olunub. 

Qeyd edək ki, "Qüvvət elmdədir" adlı layihə çərçivəsində ölkənin 6 müxtəlif regionunda intellektual yarışlar keçirilib və final mərhələsinin Bakı şəhərində keçirilməsi nəzərdə tutulur.

Cəlilabadda "Qüvvət elmdədir" adlı intellektual yarış keçirilib - Image 1
Cəlilabadda "Qüvvət elmdədir" adlı intellektual yarış keçirilib - Image 2
Cəlilabadda "Qüvvət elmdədir" adlı intellektual yarış keçirilib - Image 3
Cəlilabadda "Qüvvət elmdədir" adlı intellektual yarış keçirilib - Image 4
Cəlilabadda "Qüvvət elmdədir" adlı intellektual yarış keçirilib - Image 5
Cəlilabadda "Qüvvət elmdədir" adlı intellektual yarış keçirilib - Image 6
Cəlilabadda "Qüvvət elmdədir" adlı intellektual yarış keçirilib - Image 7
Cəlilabadda "Qüvvət elmdədir" adlı intellektual yarış keçirilib - Image 8
Cəlilabadda "Qüvvət elmdədir" adlı intellektual yarış keçirilib - Image 9
Cəlilabadda "Qüvvət elmdədir" adlı intellektual yarış keçirilib - Image 10
Cəlilabadda "Qüvvət elmdədir" adlı intellektual yarış keçirilib - Image 11
Cəlilabadda "Qüvvət elmdədir" adlı intellektual yarış keçirilib - Image 12
Cəlilabadda "Qüvvət elmdədir" adlı intellektual yarış keçirilib - Image 13
Cəlilabadda "Qüvvət elmdədir" adlı intellektual yarış keçirilib - Image 14
Cəlilabadda "Qüvvət elmdədir" adlı intellektual yarış keçirilib - Image 15
err 17.11.25