Əlçatanlıq Parametrləri

Şrift ölçüsü: 100%

Azərbaycanda Milad bayramı qeyd edilib

Azərbaycanda Milad bayramı qeyd edilib

Yanvarın 7-də Bakıda və respublikamızın bölgələrində pravoslav xristian icmaları Milad bayramını qeyd edib.

Azərbaycanda yaşayan pravoslavlar tərəfindən hər il təntənəli şəkildə təşkil edilən Milad bayramı Xristianlığın ən əlamətdar hadisələrindən olan İsa Məsihin mövludu günü münasibətilə keçirilir.

Bayram tədbirləri Bakı şəhərində Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralı, Müqəddəs Məryəmin Mövludu, Arxangel Mixael,  eləcə də Gəncə şəhəri Aleksandr Nevski, Xaçmaz şəhəri Müqəddəs Nikolay kilsələrində, Sumqayıt və Lənkərandakı ibadət evlərində, habelə Qaxdakı Müqəddəs Giorgi gürcü-pravoslav və Qəbələ rayonu Nic qəsəbəsi Müqəddəs Yelisey adına Alban-udi Cotari kilsələrində təşkil olunub. İbadət evlərinə toplaşan xristian dini mənsubları şamlar yandıraraq, sülh, əmin-amanlıq və xoşbəxtlik diləkləri ilə dualar oxuyub, müxtəlif dini ayinlər icra ediblər.

Qeyd edək ki, ölkəmizdə əsrlərdən bəri xristian dininin mənsubları digər xalqların və konfessiyaların nümayəndələri ilə birgə mehriban dostluq, sülh və əmin-amanlıq mühitində yaşayırlar. Etnik-mədəni müxtəlifliyin və zəngin tolerantlıq ənənələrinin qorunub saxlanılması, mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına dəstək göstərilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan siyasətin prioritet istiqamətlərindəndir.

Azərbaycanda Milad bayramı qeyd edilib - Image 1
Azərbaycanda Milad bayramı qeyd edilib - Image 2
Azərbaycanda Milad bayramı qeyd edilib - Image 3
Azərbaycanda Milad bayramı qeyd edilib - Image 4
Azərbaycanda Milad bayramı qeyd edilib - Image 5
Azərbaycanda Milad bayramı qeyd edilib - Image 6
Azərbaycanda Milad bayramı qeyd edilib - Image 7
Azərbaycanda Milad bayramı qeyd edilib - Image 8
Azərbaycanda Milad bayramı qeyd edilib - Image 9
Azərbaycanda Milad bayramı qeyd edilib - Image 10
Azərbaycanda Milad bayramı qeyd edilib - Image 11
Azərbaycanda Milad bayramı qeyd edilib - Image 12
Azərbaycanda Milad bayramı qeyd edilib - Image 13
Azərbaycanda Milad bayramı qeyd edilib - Image 14
Azərbaycanda Milad bayramı qeyd edilib - Image 15
Azərbaycanda Milad bayramı qeyd edilib - Image 16
Azərbaycanda Milad bayramı qeyd edilib - Image 17
Azərbaycanda Milad bayramı qeyd edilib - Image 18
Azərbaycanda Milad bayramı qeyd edilib - Image 19
Azərbaycanda Milad bayramı qeyd edilib - Image 20
Azərbaycanda Milad bayramı qeyd edilib - Image 21
Azərbaycanda Milad bayramı qeyd edilib - Image 22
Azərbaycanda Milad bayramı qeyd edilib - Image 23
err 07.01.25