Əlçatanlıq Parametrləri

Şrift ölçüsü: 100%

Ceyhun Vamik oğlu Əliyev

Ceyhun Vamik oğlu Əliyev

21 avqust 1988-ci ildə Bakı şəhərində anadan olub. 
Təhsili:
Bakı şəhəri, Səbail rayonunda yerləşən 190 saylı tam orta məktəbi bitirib. 
2007-2012-ci illərdə Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. 
2021-2025-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetini “Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.
Əmək fəaliyyəti:
2013-2017-ci illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində müxtəlif vəzifələrdə çalışıb. 
2016-2023-cü illərdə İctimai televiziyada yayımlanan “Din və cəmiyyət” verilişinin aparıcısı olub.
2018-ci ildən etibarən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavinidir. 
Beynəlxalq sertfikat:
2022-ci ildə ABŞ Dövlət Departamentinin “Beynəlxalq Ziyarətçilərin Liderlik Proqramı (IVLP)” təhsil proqramının iştirakçısı olub. 
Kitabları:
"Mənəvi dəyərlər İlham Əliyev siyasətinin tərkib hissəsi kimi", "Qurani-Kərimdə mənəvi prinsiplər", "İntihar - mənəvi və ictimai müstəvidə", "İslam - müdriklik və kamilliyə gedən yol" kitablarının müəllifidir. 
2010-cu ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir. İki övladı var.